Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb


İqtisadiyyat 02 Yan 2018 17:47:04 310 0

Kriptovalyuta bazarının kapitallaşması rekord həddə çatıb

İlk 10-luqda bu gün ən yüksək artım "Stellar" və "IOTA" da qeydə alınıb

Kriptovalyuta bazarının kapitallaşması 650 mlrd. dolları ötərək tarixinin rekord həddinə çatıb.

"Report" xəbər verir ki, bu gün bazarın əksər valyutaları artım göstərib. 

Belə ki, "bitcoin"in qiyməti 4%-ə yaxın qalxaraq 14 000 dollara yaxınlaşıb. İlk 10-luqda qiyməti ən çox artan valyutalar-31,5%-lə "Stellar" və 21%-lə "IOTA" olub.

Qeyd edək ki, ötən həftə kriptovalyuta bazarının kapitallaşmasına görə ilk 3 valyutanın sıralamasında dəyişiklik olub. "Ripple"in qiyməti sürətlə bahalaşaraq "Ethereum"u ötüb. Hazırda, "bitcoin" 234 mlrd. kapitallaşma və 36% bazar payı ilə liderdir. "Ripple"in kapitallaşması 96 mlrd. və bazar payı 14,7%, "Ethereum"un kapitallaşması isə 85 mlrd. dollar və bazar payı 13% təşkil edir.