Səfir: "Belarus BTQ və "Şimal-Cənub" layihələrinə qoşulmaqda maraqlıdır"


İqtisadiyyat 28 Dek 2017 12:57:35 308 0

Səfir: "Belarus BTQ və "Şimal-Cənub" layihələrinə qoşulmaqda maraqlıdır"

Gennadi Axramoviç: "Azərbaycan ciddi haba çevrilir"

"Belarusun dəmir yolu xəttinin "Şimal-Cənub" layihəsinə qoşulması ilə əlaqədar bir sıra danışıqlar aparmışıq. Biz həm də Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinə qoşulmaqda maraqlıyıq".

"Report" xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.

"Bu, Azərbaycan üçün də çox müsbət olardı. Azərbaycan ciddi haba çevrilir. Avropa istiqamətində hab olan Belarus da bu istiqamətdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır", - səfir bildirib.

Onun sözlərinə görə, böyük nəqliyyat yolu - Böyük İpək Yolu vasitəsilə Belarusdan üç min konteyner qatarı keçib, gələn il bu sayı 1,5 dəfə artırmaq nəzərdə tutulub.

G.Axramoviç vurğulayıb ki, Belarus öz məhsullarını İrana Xəzər dənizi vasitəsilə çatdırır, lakin "Şimal-Cənub" layihəsinə qoşulmaqla çatdırılmaları dəmir yolu vasitəsilə də həyata keçirmək olacaq.