Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib


İqtisadiyyat 28 Dek 2017 00:03:25 380 0

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata düzəliş edilib

Bu barədə qərar Nazirlər Kabineti tərəfindən imzalanıb

"Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ına düzəliş edilib.

“Report” xəbər verir ki, bu barədə qərar Nazirlər Kabineti tərəfindən imzalanıb.

Düzəlişə görə, Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 169-1-ci hissəsinin “ç” yarımbəndində “qeydə alındığı” sözləri “dövlət qeydiyyatına alındığı” sözləri ilə və “əlavə qeydiyyata” sözləri “əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.