Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında dəyişiklik edilib


İqtisadiyyat 27 Dek 2017 23:57:24 308 0

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında dəyişiklik edilib

Nazirlər Kabineti bu barədə qərar qəbul edib

“Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Dəyişikliyə görə, “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-1-ci hissəsinin “a” abzasında “qeydiyyatını” sözü “dövlət qeydiyyatını” sözləri ilə, “qeydə (qeydiyyata)” sözləri isə “dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.