“Dəmir Bank” ASC-nin lisenziyası ləğv edilib
İqtisadiyyat 22 Dek 2017 23:23:05 422 0
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası qərar qəbul edib
“Report” xəbər verir ki, Palata bu qərarı bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalının minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3 (üç) faizdən az olduğuna, eləcə də kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyinə görə “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-16.1.8-ci maddələrinə əsasən qəbul edib.
“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda qorunan əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC-barəsində iflas prosedurana başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib.