"Goldman Sachs": OPEC və Rusiya 2018-ci ildə OPEC+ anlaşmasından ayrılacaq


İqtisadiyyat 21 Dek 2017 12:09:14 268 0

"Goldman Sachs": OPEC və Rusiya 2018-ci ildə OPEC+ anlaşmasından ayrılacaq

"Brent"in 2018-ci ildə 62 dollar/barel səviyyəsində olacağı ehtimal edilir

Neft bazarının balanslaşması və neft təklifinin azalması 2018-ci ilin ortasından etibarən Rusiya və OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşmadan ayrılmasına və hasilatı artırmasına səbəb olacağı proqnozlaşdırılır. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının hesabatında yer alıb.

Hesabatda bildirilib ki, ABŞ və digər qeyri-OPEC ölkələrində neft hasilatının 2018-ci ildə artacağı ehtimallarının yüksək olmasına baxmayaraq, 2018-ci ildə qlobal neft ehtiyatları mövsümi səviyyələrindən aşağı olacaq və II yarımillikdə azalmağa davam edəcək.

"Goldman Sachs" 2018-ci ildə "Brent" markalı neft üçün qiymət proqnozunu 62 dollar/barel səviyyəsində təsdiq edib.