Ukraynanın Poltava şəhərindən Azərbaycana aviareys açıla bilər


İqtisadiyyat 20 Dek 2017 21:39:14 260 0

Ukraynanın Poltava şəhərindən Azərbaycana aviareys açıla bilər

Yerli hökumətin qərarı ilə şəhər hava limanına "beynəlxalq" statusu verilib

Ukraynanın Nazirlər Kabineti Poltava şəhər aeroportu ərazisində dövlət sərhədindən keçmək üçün beynəlxalq buraxılış məntəqəsinin açılmasını təsdiq edib.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, qərar barədə infrastruktur naziri Vladimir Omelyan öz "Facebook" səhifəsində məlumat verib.

"Hökumətin qərarı ilə Poltava aeroportuna "beynəlxalq" statusu verildi. Poltavalıları təbrik edirik, vilayət rəhbəri Qolovko bunun üçün çox çalışdı və şadam ki, bu bizə nəsib oldu", – deyə o qeyd edib.

Vilayət rəhbərliyi bundan əvvəl bəyan edib ki, "Poltava" hava limanı üçün yeni statusun alınması eyniadlı şəhərdən Azərbaycan, Gürcüstan, BƏƏ, Misir və digər ölkələrə aviareyslər açmaq imkanı verəcək.