Proqnoz: Fevralda valyuta bazarında volatillik arta bilər
İqtisadiyyat 19 Dek 2017 11:16:47 268 0
"Saxo Bank" qlobal valyuta bazarının perspektivləri ilə bağlı icmal hazırlayıb
İcmalda bildirilir ki, ABŞ-da vergi islahatları qanununun ilin sonuna qədər təsdiq edilməsi ehtimallarının yüksək olmasına baxmayaraq, qərarın dolların məzənnəsinə önəmli təsiri olmayacaq. "Saxo Bank" dolların əsas rəqibi olan avro ilə müqayisədə məzənnəsinin 1,17 səviyyyəsindən aşağı düşməyəcəyini vurğulayıb, çünki vergi qanununun ABŞ iqtisadiyyatına müsbət təsiri uzunmüdətli perspektivdə hiss ediləcək. Bununla yanaşı bildirilir ki, USD/EUR məzənnəsinin 1,20-ni ötməsi isə psixoloji maneə yaradır.
Bank avronun məzənnəsi üçün perspektivdə katalizator rolunu oynayacaq heç bir xəbərin olmadığını qeyd edib.
"Saxo Bank" valyuta bazarında son dönəmdə azalan volatilliyin fevralın ikinci yarısında Çin tərəfindən və ya ABŞ istiqraz bazarının dinamikası tərəfindən aradan qaldırıla biləcəyini ehtimal edir.