Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb


İqtisadiyyat 18 Dek 2017 15:40:10 216 0

Azərbaycanın sığorta bazarı 12%-dən çox böyüyüb

Bu ilin əvvəlindən Azərbaycanda 462,654 mln. manat sığorta haqqı toplanılıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətinin xətti ilə 504,235 mln. manat sığorta haqqı toplanılıb.

"Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,4% çoxdur.

11 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 5,9% artaraq 230,88 mln. manat təşkil edib.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45,8 manatı ödəniş edilib. 2016-cı ilin müvafiq dövründə bu göstərici 48,6 manat olub.