İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib


İqtisadiyyat 14 Dek 2017 17:06:20 238 0

İngiltərə Mərkəzi Bankı uçot dərəcəsini dəyişməyib

Həmçinin, monetar stimullaşdırma proqramının həcmi sabit qalıb

İngiltərə Mərkəzi Bankı (BoE) bugünkü iclasında uçot dərəcəsini gözlənildiyi kimi 0,5% səviyyəsindıə sabit saxlayıb.

"Report" xəbər verir ki, BoE monetar stimullaşdırma proqramının həcmini isə dəyişməyərək 435 mlrd. funt sterlinq (587 mlrd. dollar) həcmində saxlayıb.

Qərardan sonra funt sterlinqin qlobal valyuta bazarlarında dollara qarşı məzənnəsi 1,34 USD/GBP səviyyəsinbdə sabit qalıb. 

Xatırladaq ki, BoE noyabrın 2-də keçirilən iclasda uçot dərəcəsini 10 illik fasilədən sonra ilk dəfə 0,25%-dən 0,5%-ə artırıb.