Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq


İqtisadiyyat 13 Dek 2017 14:49:47 309 0

Proqnoz: "Bitcoin" sabit qalacaq, digər kriptovalyutalar bahalaşacaq

Dünya kriptovalyuta bazarının ümumi kapitallaşması yarım trilyon dollar həddini ötüb

Qlobal kriptovalyuta bazarının kapitallaşması 500 mlrd. dollar səviyyəsini keçərək yeni tarixi rekorda yüksəlib.

"Report" "Coinmarketcap.com" saytına istinadən xəbər verir ki, buna səbəb bu gün bir çox kiçik kapitallaşmalı kriptovalyutaların bahalaşması amili olub. Qeyd edək ki, "Bitcoin" fyuçersləri dekabrın 10-da Çikaqo birjasında tədavülə başlamasından sonra volatilliyini itirib və 16-18 min dollar diapazonunda sabitləşib. Bu səbəbdən spekulyativ əməliyyatlar digər kriptovalyutalara sıçrayıb.

Dünən "Litecoin" 80%-ə yaxın, bu gün isə "Ripple" 75%-ə yaxın bahalaşıb. Həmçinin ikinci ən böyük kapitallaşmaya sahib olan "Etherium" 27% bahalaşıb.

"Report"un analitik qrupu "Bitcoin"in qiymətinin yaxın 1-2 ayda sabit qalacağını, digər kriptovalyutaların bahalaşacağını proqnozlaşdırır.

Xatırladaq ki, hazırda 1 349 kriptovalyuta 7 368 rəqəmsal valyuta birjasında tədavül edir.