Şimal dənizində boru kəmərinin öz işini dayandırması nefti bahalaşdırıb


İqtisadiyyat 12 Dek 2017 05:40:41 234 0

Şimal dənizində boru kəmərinin öz işini dayandırması nefti bahalaşdırıb

"Brent" neftinin qiyməti 1,96 artaraq bir barelə görə 64,64 dollara çatıb

Şimal dənizində təmir işlərinin aparılması ilə əlaqədar "Forties" boru kəmərinin öz fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı yayılan xəbərlər bazar ertəsi günrta azalmadan sonra neftin qiymətinin inamla artmasına səbəb olub.

“Report” xəbər verir ki, bu, keçirilən hərracların nəticələrində məlum olub.

Bakı vaxtı ilə 00.05-ə olan vəziyyətə görə, "Brent" markalı Şimal dəniz neft qatışığının fevral fyuçerslərinin qiyməti 1,96 artaraq bir barelə görə 64,64 dollara çatıb. Eyni zamanda WTI markalı yüngül neftin yanvar fyuçersləri 1,03% artaraq bir barelə görə 57,95 dollara bərabər olub.