Bitkoinlə qızıl satışına start verilib


İqtisadiyyat 08 Dek 2017 14:42:27 254 0

Bitkoinlə qızıl satışına start verilib

Blokçeyn sistemi vasitəsilə istiqraz yerləşdirilməsi faktları çoxalır

Dünyanın qiymətli metalların satşı üzrə ən böyük onlayn mağazası olan "Apmex" ödəniş vasitəsi kimi bitkoini qəbul etməyə başladığını açıqlayıb. 

"Report"un "Vesifinance.ru"ya istinadən verdiyi xəbərə görə, bitkoinin qiymətinin artması onun gündəlik həyatda istifadə edilməsinə səbəb olub.

Qeyd edək ki, getdikcə dünyada bitkoin və blokçeyn texnologiyaları geniş yayılır. Avstraliyanın ən iri bankı - "Westpac" blokçeyn vasitəsilə istiqraz emissiyasına hazırlaşır. Həmçinin Rusiyada "Raiffeisen Bank" və "MeqaFon"un rubl istiqrazları yerləşdirdiyi bildirilir.

Qeyd edək ki, bir çox əməliyyatın paylanan reyestr sistemində həyata keçirilməsi asanlaşıb və maliyyə bazarları bundan istifadə etməyə başlayıb.