"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb


İqtisadiyyat 06 Dek 2017 12:19:24 314 0

"Bakcell" 5G şəbəkəsinin testinə başlayıb

Ümumilikdə dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək

Dünən işə başlayan "Bakutel-2017" beynəlxalq sərgisində "Bakcell" şirkəti daha bir yeniliyə imza atıb. 

"Report" xəbər verir ki, şirkət 5G şəbəkəsinin test nümayişini həyata keçirib.

Məlumata görə, sınaqlar "Nokia" şirkəti ilə bağlı həyata keçirilib. "Nokia" şirkətinin nümayəndəsi Samir Quliyev deyib ki, 5G istifadəçilərə 10 Gbit/saniyə sürəti ilə ötürmə imkanı yaradacaq: "Hazırda dünyanın 100-dən artıq ölkəsində belə sınaqlar aparılır. Ümumilikdə isə, dünya üzrə 2020-ci ildən sonra bu texnologiyaya keçiləcək".

Qeyd edək ki, "Bakcell"in daha əvvəl sınaqlara başladığı 4,5G şəbəkəsi 1 GBit/saniyə sürətə malikdir.