Proqnoz: Bitkoin tezliklə SWIFT sistemini əvəzləyəcək


İqtisadiyyat 06 Dek 2017 10:57:50 322 0

Proqnoz: Bitkoin tezliklə SWIFT sistemini əvəzləyəcək

Ekspert: "Mastercard", "Visa" və digər hesablaşma sistemləri bitkoini xarici valyuta kimi qəbul edəcək

Banklararası elektron maliyyə hesablaşmaları və informasiya ötürücülük sistemi olan SWIFT-i ( Society for Worldwide Interbank Financial Telecommunications) bitkoin əvəzləyəcək. "Report" "Haberler" saytına istinadən xəbər verir ki, bu açıqlama ilə "Bitcoin Foundation"in təsisçilərindən olan Con Matonis (Jon Matonis) çızış edib.

"Bitkoin hazırda böyük tələblə üzləşib. Xüsusilə, Yaponiya və C.Koreyadan tələb daha yüksəkdir. Bitkoin həm bir investisiya vasitəsi, həm də pul transferi sistemidir. Beynəlxalq hesablaşmalar sistemi olan SWIFT-in əvəzinə ola biləcək ən ideal namizəddir. Bitkoin həmçinin qiymətli bir aktivdir. Bitkoinin yaranması ilə insanlar ilk dəfə "http" və "tcp" kimi protokollara birbaşa investisiya yatırmaq imkanı əldə ediblər", - deyə C.Matonis əlavə edib.

C.Matonis tezliklə "Mastercard", "Visa" və digər hesablaşma sistemlərinin də bitkoini xarici valyuta kimi qəbul edəcəyini deyib.