Bitkoin 12 000 dollar səviyyəsini ötüb


İqtisadiyyat 06 Dek 2017 10:59:10 330 0

Bitkoin 12 000 dollar səviyyəsini ötüb

Bitkoin ilin əvvəlindən 12 dəfə bahalaşıb

Bitkoin virtual kriptovalyutanın qiyməti 12 273 dollara yüksələrək tarixi rekordunu yeniləyib. "Report" xəbər verir ki, bununla da bitkoin ilin əvvəlindən 12 dəfədən çox bahalaşıb.

Son bahalaşmaya səbəb kimi bitkoinin dekabrın 18-dən təşkilatlanmış kapital bazarlarında tədavülə başlaması amili göstərilir. Belə ki, bitkoinlə ABŞ-ın CME və CBOE birjalarında fyuçers əməliyyatlarına start veriləcək. Bu da bitkoinin qiymətində volatilliyi aradan qaldıracaq. 

"Report"un analitik qrupu bitkoinin dekabrın 18-ə qədər öz potensial qiymətini tapacağını bildirir.