"Morgan Stanley": Türkiyə Mərkəzi Bankı uçot dərəcəsini artıracaq
İqtisadiyyat 05 Dek 2017 14:00:04 248 0
Türkiyədə inflyasiyanın səviyyəsi 14 illik maksimuma yüksəlib
İnflyasiyanın 12,98%-ə - son 14 ilin ən yüksək səviyyəsinə çatması TCMB-nin qarşısında növbəti iclasda 3 fərqli ssenari qoyub. Bunlardan birincisi, TCMB monetar siyasətdə heç bir dəyişiklik etməyəcək, tələbin yumşalması nəticəsində inflyasiyanın düşməsini gözləyəcək. Bankın əsasən üzərində durduğu ikinci ssenariyə əsasən, gec likvidlik pəncərəsi (hazırda 12,25%) 0,75 faiz bəndi artırılaraq digər monetar siyasət alətləri olan bir günlük maliyyələşmə və həftəlik repo faizləri sabit saxlanıla bilər. Ücüncü və ən real olmayan varianta görə isə, gec likvidlik pəncərəsi 2-3 faiz bəndi artırılacaq. "Morgan Stanley" qısamüddətli perspektivdə inflyasiyanın aşağı düşəcəyini proqnozlaşdırdığı üçün bu variantda real faizlərin yüksələcəyi gözlənilir ki, bank bu variantı az mümkün hesab edir.
Xatırladaq ki, dekabrın 12-13-də ABŞ Federal Ehtiyat Sisteminin (FED) də növbəti iclası keçiriləcək. İclasda uçot dərəcəsinin 0,25 faiz bəndi artırılması gözlənilir.