“Progress-sığorta agentliyi”nin lisenzıyası dayandırılıb


İqtisadiyyat 04 Dek 2017 17:25:10 241 0

“Progress-sığorta agentliyi”nin lisenzıyası dayandırılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası nöqsanların aradan qaldırılması üçün şirkətə bir ay vaxt verib

“Progress-Sığorta Agentliyi” MMC-nin müstəsna sığorta agenti fəaliyyəti üçün 29 fevral 2016-cı il tarixində verilmiş lisenziyası 1 ay müddətinə dayandırılıb.

“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.

Palata tərəfindən aparılmış yoxlama zamanı şirkətin fəaliyyətində sığorta qanunvericiliyin tələblərinin pozulması faktları aşkar ediib. Cəmiyyət tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı daxili nəzarət sistemi formalaşdırılmayıb, “Sığorta fəaliyyəti haqqında” qanunun tələblərinə zidd olaraq müvafiq işçilərinin attestasiyadan keçirilməsi təmin olunmayıb. 

Bununla bağlı şirkətə nöqsanların aradan qaldırılması üçün bir ay vaxt verilib və həmin müddət ərzində nöqsanların aradan qaldırılmayacağı təqdirdə müvafiq qanunvericiliyə əsasən sözügedən sığorta agentliyinin lisenziyasının ləğvi məsələsinə baxılacağı bildirilib.