Çində nəhəng neft yatağı aşkarlanıb


İqtisadiyyat 01 Dek 2017 11:40:54 311 0

Çində nəhəng neft yatağı aşkarlanıb

Regionda yeni yataqların kəşf edilməsi istisna olunmur

Çinin "PetroChina" dövlət neft şirkəti ölkənin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar vilayətində dünyanın ən iri neft yataqlarından birini aşkarlayıb.

"Report" TASS agentliyinə istinadən bildirir ki, bu barədə Çinin "Sinxua" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, aşkar olunan yataqda geoloji ehtiyatların həcmi 1,24 mlrd. ton (9 mlrd. barel) təşkil edir. "PetroChina"nın regional şirkəti "Xinjiang Oilfield"in rəhbəri Tan Yun bildirib ki, aşkar olunan 1,24 mlrd. ton geoloji ehtiyatların 520 mln. tonu (3,8 mlrd. barel) və ya 42%-i təsdiq olunub: "Bu isə ABŞ-ın "Hemlok" və Braziliyanın "Kampus" yataqlarındakı ehtiyatlardan çoxdur".

Tan Yun həmçinin qeyd edib ki, 1990-cı illərdən bu regionda kəşfiyyat işləri aparılsa da, texnologiyanın zəif olması işi mürəkkəbləşdirib. Yeni yatağın kəşf olunması regionda neft-qaz kəşfiyyatı üçün perspektivləri genişləndirir.

Xatırladaq ki, Çinin hazırda ən iri neft yatağı olan "Datsin" Xeyluntzyan əyalətində yerləşir və 5,7 mlrd. ton (41,6 mlrd. barel) ehtiyatlara malikdir.