OPEC+un Monitorinq Komitəsi hasilatın azaldılması üzrə sazişin uzadılmasını tövsiyyə edib


İqtisadiyyat 29 Noy 2017 21:54:32 330 0

OPEC+un Monitorinq Komitəsi hasilatın azaldılması üzrə sazişin uzadılmasını tövsiyyə edib

"Hamı tövsiyyə etdi ki, saziş uzadıla bilər"

OPEC+un Monitorinq Komitəsi 2018-ci ilin martından sonra neft hasilatının azaldılması üzrə sazişin uzadılmasını tövsiyyə edib.

“Report” xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"Hamı tövsiyyə etdi ki, saziş uzadıla bilər. Konkret detallar artıq bütün nazirlərin görüşündə müzakirə oluna bilər və yalnız bundan sonra biz konkret nəticələri deyə bilərik", — deyə TASS nazirin sözlərini sitat gətirib.