“Nikoil Bank”ın sədri: “Accessbank”ı alacağımızla bağlı deyilənlər şaiyədir”


İqtisadiyyat 23 Noy 2017 10:10:16 331 0

“Nikoil Bank”ın sədri: “Accessbank”ı alacağımızla bağlı deyilənlər şaiyədir”

Nikolaz Şurqaia: "Mən bunu şərh etmək istəmirəm"

“Nikoil Bank” ASC-nin İdarə Heyətinin sədri Nikolaz Şurqaia rəhbərlik etdiyi Bankın “Accessbank” QSC-ni alması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, “Report”a açıqlamasında bunun şaiyə olduğunu bildirib.

“Accessbank”ı alacağımızla bağlı deyilənlər şaiyədir və mən bunu şərh etmək istəmirəm”, - deyə o, qeyd edib.