Səfir: "ABŞ enerji təhlükəsizliyi sahəsində Azərbaycanla işləməyə davam edəcək"


İqtisadiyyat 16 Noy 2017 17:33:17 267 0

Səfir: "ABŞ enerji təhlükəsizliyi sahəsində Azərbaycanla işləməyə davam edəcək"

Azərbaycan regional və qlobal enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır

"ABŞ uzun müddətdir enerji təhlükəsizliyi sahəsində Azərbaycan və digər ölkələrlə işləyir".

"Report" xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

"Bu gün Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) tədbirində qeyd etdiyi kimi, ABŞ şirkətləri bu məsələdə Azərbaycanda çox fəaldırlar", - diplomat bildirib.

O, həmçinin ABŞ dövlət katibi Reks Tillersonun Azərbaycanın regional və qlobal enerji təhlükəsizliyində mühüm rol oynamasıyla bağlı dediyi sözləri xatırladıb.

R.Sekutanın sözlərinə görə, Vaşinqton bu istiqamətdə Azərbaycan ilə əməkdaşlığı davam etdirməyə hazırdır.