Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil


İqtisadiyyat 07 Noy 2017 14:10:48 271 0

Azərbaycan hökuməti gələn il işığı və suyu bahalaşdırmaq niyyətində deyil

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib

Gələn il dövlət büdcəsində "Azərişıq"ASC-yə 55 mln. manat ssuda verilməsi , "Azərsu" ASC-yə isə 22 mln. manat vəsait ayrılması nəzərə tutulur. Bu da əsasən tarif strukturları ilə bağlıdır. 

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov deyib. 

"Tarifləri artıra bilmrik, çünki bu, əhalinin maddi güzəranına bilavasitə təsir edir. Bu isə həmin qurumların maliyyə vəziyyətinə mənfi təsir göstərir. Ona görə də, çalışmalıyıq ki, kompromis variant tapaq".