ARDNF-in 2018-ci il büdcəsinin gəlirləri 10,676 mlrd. manat həcmində nəzərdə tutulur


İqtisadiyyat 07 Noy 2017 11:52:53 57 0

ARDNF-in 2018-ci il büdcəsinin gəlirləri 10,676 mlrd. manat həcmində nəzərdə tutulur

Bu məbləğin 9,724 mlrd. manatı və ya 91%-i mənfəət nefti və qazın satışından daxilolmaların payına düşəcək

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2018-ci il büdcəsinin gəlirləri 10 676,4 mln. manat həcmində nəzərdə tutulur. Bu da 2017-ci ilin analoji proqnozu ilə müqayisədə 137,5 mln. manat və ya 1,3% azdır.

"Report"un verdiyi xəbərə görə, bu barədə maliyyə naziri Samir Şərifov bu gün parlamentin 5 komitəsinin birgə iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsi zamanı bildirib.

Qeyd olunan məbləğin 9 723,8 mln. manatı və ya 91,1%-ni mənfəət neftinin və qazın satışından daxilolmaların təşkil edəcəyi gözlənilir.

Fondun 2018-ci il büdcəsinin xərcləri 11 986,5 mln. manat təşkil edəcək ki, bu da 2017-ci illə müqayisədə 3 223,9 mln. manat və ya 21,2% azdır.

ARDNF-in xərclərinin 9 216,0 mln. manatı və ya 76,9%-i dövlət büdcəsinə nəzərdə tutulan transfertə, 2 754,3 mln. manatı və ya 23%-i bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsinə (qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlər, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı-Tbilisi-Qars yeni dəmir yolu, bir sıra enerji layihələrində Azərbaycanın iştirak payı), 16,2 mln. manatı 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramlarının maliyyələşdirilməsinə yönəldiləcək.

2018-ci ildə Dövlət Sosial Müdaifə Fondunun gəlirləri 3 578,76 mln. manat həcmində proqnozlaşdırılır ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 400,71 mln. manat və ya 12,6%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 182,66 mln. manat və ya 5,4% çoxdur.

Fondun xərclərinin gəlirləri qədər (3 578,76 mln. manat) olacağı nəzərdə tutulub ki, bu da 2016-cı ilin müvafiq icra göstəricisindən 385,39 mln. manat və ya 12,1%, 2017-ci ilin müvafiq proqnoz göstəricisindən 178,76 mln. manat və ya 5,3%, gözlənilən icra göstəricisindən isə 89,48 mln. manat və ya 2,6% çoxdur.

Əvvəlki illər üzrə müvafiq qanunlarda əmək pensiyalarının baza və sığorta hissəsi üzrə ödəmələr ayrıca qeyd edilsə də, “Əmək pensiyaları haqqında” qanuna 2017-ci ildə edilmiş dəyişiklliklərə müvafiq olaraq əmək pensiyalarının baza hissəsi ləğv edildiyi üçün qanun layihəsində əmək pensiyalarının ödənilməsi xərcləri ümumi şəkildə əks etdirilib.

Əmək pensiyalarının ödənilməsinə 2016-cı ilin müvafiq icra göstəricisindən 364,16 mln. manat və ya 12,0%, 2017-ci ilin proqnoz göstəricisindən 193,18 mln. manat və ya 6,0%, gözlənilən icra göstəricisindən isə 109,0 mln. manat və ya 3,3% çox olmaqla əhaliyə ödənişlər üzrə xərclərin 3 407,0 mln. manatı və ya 97,5%-i qədər vəsait xərclənəcək.

Pensiyalarda əhəmiyyətli artımlar olub like
  • 07 Noy 11:49  
Digərləri Pensiyalarda əhəmiyyətli artımlar olub

“Əmək pensiyaları haqqında” Qanuna edilmiş son dəyişikliklər nətic

arrow Ətraflı
Valyuta ehtiyatları artıb like
  • 07 Noy 11:48  
Digərləri Valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2017-ci il noyabrın

arrow Ətraflı
Bakı yollarında tıxacın səbəbləri araşdırılır like
  • 07 Noy 11:42  
İqtisadiyyat Bakı yollarında tıxacın səbəbləri araşdırılır

Təklif baxılması üçün Nazirlər Kabineti Yol Hərəkətinin Təhlükəsizl

arrow Ətraflı
Prokuror Bakıda qadın narko-kuryerə cəza istəyib like
  • 07 Noy 11:42  
Sosial Prokuror Bakıda qadın narko-kuryerə cəza istəyib

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittiham

arrow Ətraflı
Azərbaycan Prezidenti Əfqanıstanın maliyyə nazirini qəbul edib like
  • 07 Noy 11:40  
Digərləri Azərbaycan Prezidenti Əfqanıstanın maliyyə nazirini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Əfqanıstan İslam Respub

arrow Ətraflı
Günay: "Oğlum daha atasını soruşmur" like
  • 07 Noy 11:39  
Digərləri Günay: "Oğlum daha atasını soruşmur"

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayeva Antalyadakı moda də

arrow Ətraflı
Caspian American Forum Baku iyunun 4-də keçiriləcək like
  • 07 Noy 11:37  
Digərləri Caspian American Forum Baku iyunun 4-də keçiriləcək

Dekabrın 8-də keçirilməsi planlaşdırılan Birinci Beynəlxalq Caspian Amer

arrow Ətraflı
Azərbaycan alkoqollu içkilərə aksizi 2 dəfə artırır like
  • 07 Noy 11:36  
İqtisadiyyat Azərbaycan alkoqollu içkilərə aksizi 2 dəfə artırır

Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər hazırlanıb

arrow Ətraflı
Ramil Usubov yeni rəis təyin etdi like
  • 07 Noy 11:36  
Digərləri Ramil Usubov yeni rəis təyin etdi

Ucar rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə rəis təyinatı

arrow Ətraflı