Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır - YENİLƏNİB


İqtisadiyyat 07 Noy 2017 11:55:00 365 0

Azərbaycan alkoqollu içki və tütün məmulatlarına idxal aksizini 2 dəfə artırır - YENİLƏNİB

Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər hazırlanıb

Azərbaycanda milli valyutanın ucuzlaşması idxal olunan alkoqollu içkilər və tütün məmulatlarının qiymətinin daxili bazarda artmasına, idxal aksiz vergisi üzrə isə daxilolmaların azalmasına səbəb olub. Bu səbəbdən 2018-ci ildən etibarən alkoqollu içkilər və tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsinin 2 dəfə artırılması nəzərdə tutulub.

"Report"un verdiyi xəbərə görə. bu barədə növbəti ilin büdcə layihəsinin Milli Məclisin 5 komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov məlumat verib.

Bununla bağlı Vergi Məcəlləsinə müvafiq dəyişikliklər hazırlanıb və sənəd dövlət başçısına təqdim olunub.