Müəssisə və təşkilatların, sahibkarların hesabat blanklarının tərtibi və tətbiqinə dəyişiklik edilib


İqtisadiyyat 07 Noy 2017 02:54:50 260 0

Müəssisə və təşkilatların, sahibkarların hesabat blanklarının tərtibi və tətbiqinə dəyişiklik edilib

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb

Nazirlər Kabineti "Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları"nə dəyişiklik edib.

"Report" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Müəssisə və təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydalarının 1. 1.2-ci bəndinə olunmuş dəyişikliyə əsasən ciddi hesabat blankları "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalının, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin "ASAN ödəniş" sisteminin ödəniş barədə" və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) ciddi hesabat blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap edilir.

Qaydaların 1.6-cı bəndinə edilmiş dəyişikliyə əsasən, 2.1.1-ci, 2.1.2-ci, 2.1.3-cü, 2.3-cü, 3.5-ci, 3.6-cı, 3.7-ci, 3.8-ci, 3.9-cu və 3.10-cu bəndlərin müddəaları "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalının, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin "ASAN ödəniş" sisteminin ödəniş barədə" və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarına şamil edilmir.