"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək


İqtisadiyyat 07 Noy 2017 01:43:16 283 0

"Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitləri dövlət büdcəsindən də maliyyələşdiriləcək

Bununla bağlı qərarı Artur Rasizadə imzalayıb

Nazirlər Kabineti "Avtomobil yolları" Məqsədli Büdcə Fondunun vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları"na dəyişiklik barədə qərar qəbul edib.

"Report"un məlumatına görə, qərarı baş nazir Artur Rasizadə imzalayıb.

Dəyişikliyə əsasən, fondun vəsaitlərinin formalaşdırılması mənbələrinə dövlət büdcəsindən ayrılan vəsait də daxil edilib.