Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb


İqtisadiyyat 03 Noy 2017 12:37:39 248 0

Türkiyədə inflyasiya 9 illik maksimuma çatıb

Proqnoz: Dolların məzənnəsində və faizlərdə yüksəliş gözlənilir

Türkiyədə bu ilin oktyabr ayında aylıq inflyasiya 2,08%, illik isə 11,9% təşkil etməklə 2008-ci ildən sonra ən maksimal həddə çatıb. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, oktyabr ayında istehsalçı qiymətləri aylıq 1,71%, illik isə 17,28% artıb.

Ən yüksək artım oktyabr ayında qadın sviterlərində (+37,92%), ən çox azalma isə ölkədaxili turlarda (-27,12%) müşahidə olunub.

"Report" xəbər verir ki, inflyasiya göstəricilərinin açıqlanmasından sonra Türkiyədə dolların məzənnəsi 1%-ə yaxın yüksələrək 3,83 lirə səviyyəsinə, etalon kimi qəbul edilən 2-illik dövlət istiqrazlarının gəlirliliyi isə 0,16 faiz bəndi artaraq 13,20%-ə çatıb. Analitik qrup noyabr ayında Türkiyədə dolların məzənnəsinin 4,0 lirə həddini aşacağını, faizlərin isə 15% səviyyəsinə yaxınlaşacağını proqnozlaşdırır.