Azərbaycan nefti bahalaşmaqda davam edir


İqtisadiyyat 03 Noy 2017 09:30:11 237 0

Azərbaycan nefti bahalaşmaqda davam edir

"Azeri LT CIF" markalı neftin qiyməti 62,89 dollar/barelə bərabər olub

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,49 dollar və yaxud 0,79% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 62,89 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.