Rusiya valyuta tənzimlənməsinə görə ildə 100 mlrd. dollar itirir


İqtisadiyyat 02 Noy 2017 11:13:13 271 0

Rusiya valyuta tənzimlənməsinə görə ildə 100 mlrd. dollar itirir

Rusiyadan pulun çıxarılması gətirilməsindən daha asandır

Rusiya iqtisadiyyatı mövcud valyuta tənzimlənməsi sisteminə görə ildə 100 mlrd. dollar itirir. "Report" xəbər verir ki, bu açıqlamanı "Rambler News Service" portalına Rusiya Prezidentinin müşaviri Sergey Qlazyev verib.

"Maliyyə bazarında həyata keçirilən əməliyyatların demək olar ki, 30%-i qeyri-rezidentlərin lehinə baş verir. Onların arasında əksəriyyət pullarını Rusiyadan çıxaran yerli fiziki və hüquqi şəxslərdir. Nəticədə, qeyri-bərabər mübadilə ortaya çıxır: ucuz pullar vergi ödənilmədən rahatlıqla Rusiyadan çıxır, əvəzində isə bahalı pullar maneələrlə üzləşərək Rusiyaya gəlir. Bu əməliyyatlardan Rusiya ildə 100 mlrd. dollar itirir. Hazırkı valyuta sistemi yanlışdır", - deyə Qlazyev əlavə edib.

Qlazyev bidirib ki, Rusiyanın valyuta sistemi əsaslı dəyişikliklərə məruz qalmalıdır: "Rusiyaya gələn pullara maneələr azaldılmalı, gedən pullara isə müəyyən edilmiş istiqamətdə icazələr verilməlidir". Müşavir Çinin valyuta sistemini misal çəkərək bildirib ki, bu ölkəyə daxil olan pullar məhdudiyyətsiz, lakin nəzarətlə gəlir, gedən vəsait isə iqtisadiyyatın inkişafı, məsələn, ixrac infrastrukturuna investisiyalara xidmət etməlidir.