Azərbaycanın aqrar sektorunda inzibati xətalar üzrə informasiya sisteminin yaradılması 57 min manata başa gələcək


İqtisadiyyat 28 Okt 2017 15:48:00 361 0

Azərbaycanın aqrar sektorunda inzibati xətalar üzrə informasiya sisteminin yaradılması 57 min manata başa gələcək

Kənd Təsərrüfatı Nazirliyi bu məqsədlə elan etdiyi açıq tenderin qalibini açıqlayıb

Kənd Təsərrüfatı Nazirliyi aqrar sektorda inzibati xətalar üzrə informasiya sisteminin yaradılması məqsədi ilə elan etdiyi açıq tenderin qalibini açıqlayıb.

“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumatda deyilir ki, qalib “Powersoft” MMC-dir. Bu şirkətlə nazirlik arasında dəyəri 57 min manat olan müqavilə imzalanıb.