“Unibank” ipoteka kreditləri ilə bağlı kampaniya keçirir


İqtisadiyyat 27 Okt 2017 15:49:04 296 0

“Unibank” ipoteka kreditləri ilə bağlı kampaniya keçirir

Noyabrın 30-na qədər dövlət xətti ilə ipoteka kreditləri illik 7%-lə ayrılacaq

“Unibank” ASC “Azərbaycan İpoteka Fondu” ASC-nin xəttti ilə verdiyi ipoteka kreditləri ilə bağlı kampaniya keçirir.

“Report” Banka istinadən xəbər verir ki, kampaniya noyabrın 30-na qədər kreditlərin illik 7%-lə ayrılmasını nəzərdə tutur.

Aylıq ödənişi daha sərfəli edən bu kampaniya çərçivəsində 150 min manata qədər ipoteka kreditlərini 20% ilkin ödənişlə almaq olar.

Xatırladaq ki, “Unibank” 2006-cı ildən AİF-in müvəkkil kredit təşkilatıdır. Bank bir qədər əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi yanında “MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayıb və Agentliyin sərəncamında olan güzəştli mənzillərin də ipoteka kreditləri ilə satışında iştirak edir.

“Unibank”ın ipoteka müştəriləri kredit ödənişlərini banka gəlmədən, öz telefonlarında həyata keçirə bilirlər. Bunun üçün smartfonlardan “Unibank Mobile” əlavəsinə daxil olmaq, “hökumət ödənişləri” bölümünü seçmək lazımdır.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud “Facebook” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.