Rusiya noyabrın 1-dən Türkiyədən pomidor idxalına başlayır


İqtisadiyyat 27 Okt 2017 15:51:35 239 0

Rusiya noyabrın 1-dən Türkiyədən pomidor idxalına başlayır

İdxalın həcmini Rusiya Kənd Təsərrüfatı Nazirliyi müəyyənləşdirəcək

RF Nazirlər Kabineti 2017-ci il noyabrın 1-dən Türkiyə pomidorlarının Rusiya ərazisinə tədarükünə icazə verib.

“Report” bu barədə Nazirlət Kabinetinin məlumatına istinadən xəbər verir.

Dəyişiklik 2017-ci il noyabrın 1-dən etibarən Rusiya Kənd Təsərrüfatı Nazirliyinin müəyyənləşdirdiyi həcmdə Türkiyə pomidorlarının Rusiya bazarına tədarükünə imkan verəcək.

Bundan əvvəl kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov qeyd edib ki, Türkiyədən Rusiyaya 50 min ton həcmində olan pomidor tədarükü ümumilikdə bazara təsir etmir. Onun sözlərinə görə, Rusiya bir çox ölkələrdən, o cümlədən, Mərakeş, Azərbaycan, Özbəkistan, Belarusdan pomidor ixrac edir.