Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb


İqtisadiyyat 23 Okt 2017 18:04:37 269 0

Azərbaycanda dövlət ipoteka kreditlərinin maksimal məbləği 50% artırılıb

Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb

“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.

“Report” xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.

Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb. 

Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir.