Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib


İqtisadiyyat 20 Okt 2017 17:33:19 256 0

Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Fond 25 mln. manatlıq istiqraz yerləşdirib

Bu gün Bakı Fond Birjasında (BFB) “Azərbaycan İpoteka Fondu” ASC–nin AZ2022008687 ISIN-li, 25 mln manatlıq, 18 il (6 480 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, nominal qiyməti 1 000 manat olan 25 min istiqrazın ilkin hərrac qiyməti 1 003,5 manat olub.

Hərracda tələb təklifə bərabər olub və qiymətli kağızların hamısı yerləşdirilib.

İstiqrazların ödəmə tarixi 6 iyun 2035-ci ildir.