Azərbaycan Dövlət Neft Fondunun xərcləri azaldılır


İqtisadiyyat 20 Okt 2017 13:42:12 272 0

Azərbaycan Dövlət Neft Fondunun xərcləri azaldılır

Gələn il Fondun gəlirlərinin 1,3%, xərclərinin isə 21,4% az olacağı proqnozlaşdırılır

2018-ci ildə Azərbaycan Dövlət Neft Fondunun gəlirlərinin 10 676,4 mln. manat, xərclərinin isə 11 986,5 mln. manat təşkil edəcəyi gözlənilir.

“Report” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Beləliklə, 2017-ci illə müqayisədə Fondun gəlirlərinin 1,3%, xərclərinin isə 21,4% az olacağı proqnozlaşdırılır.