Azərbaycan ərəb investorlarını üçüncü ölkələrdə birgə layihələrə dəvət edir


İqtisadiyyat 20 Okt 2017 10:36:42 134 0

Azərbaycan ərəb investorlarını üçüncü ölkələrdə birgə layihələrə dəvət edir

Bakıda Azərbaycan-Körfəz ərəb dövlətləri biznes-forumu keçirilir

© Report — İqtisadiyyat naziri Şahin Mustafayev

Bakı. 20 oktyabr. REPORT. AZ/ Azərbaycanla Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələri arasında iqtisadi sahədə əlaqələrin inkişafı üçün böyük potensial mövcuddur. Lakin bu imkanlardan kifayət qədər istifadə olunmayıb. 

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz ərəb dövlətləri Əməkdaşlıq Şurası ölkələrinin biznes-forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildə Azərbaycanla Şura ölkələri arasında ticarət dövriyyəsinin həcmi 86 mln. dollar təşkil edib: "2017-ci ilin 8 ayı ərzində isə bu rəqəmlər 2 dəfə artaraq 40 mln. dollar təşkil edib. Amma baza olaraq bu aşağı göstərici hesab olunur. Nəzərə alsaq ki, körfəz dövlətlərinin əhalisinin sayı 45 mln.-dan artıqdır və ÜDM-in həcmi 1,36 trln. dollardır".

İnvestisiyalar barədə məlumat verən nazir qeyd edib ki, Körfəz ölkələrinin Azərbaycana yatırdığı sərmayələrin ümumi həcmi 1,3 mlrd. dollar olub: "BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn yatırılan sərmayələrin həcminə görə liderdir. Azərbaycan isə Körfəz ölkələrinə 300 mln. dollar həcmində investisiya yatırımı reallaşdırıb. Hazırda Azərbaycanda Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanından olmaqla, ümumilikdə 280 şirkət fəaliyyət göstərir".

Ş.Mustafayev daha sonra Azərbaycanda mövcud siyasi sabitlik, ölkə iqtisadiyyatında investisiyalar üçün əlverişli şəraitin yaradılması barədə ətraflı məlumat verib. Bundan başqa, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən tədbirlər, beynəlxalq enerji və nəqliyyat layihələri, idxal-ixrac əməliyyatlarının reallaşması üçün böyük imkanların olduğunu qeyd edib. 

Eyni zamanda Ş.Mustafayev Körfəz ölkələrini üçüncü ölkələrin bazarına birlikdə çıxmağa dəvət edib. Nazir bildirib ki, Azərbaycan MDB ölkələrinin bazarında təmsil olunmaqda da böyük dəstək göstərməyə hazırdır.

Bu il ARDNF aktivlərini 9%-ə yaxın artırıb like
  • 20 Okt 10:36  
İqtisadiyyat Bu il ARDNF aktivlərini 9%-ə yaxın artırıb

Bu rəqəm oktyabrın 1-ə 36,02 mlrd. ABŞ dolları təşkil edib

arrow Ətraflı
Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs  VİDEO like
  • 20 Okt 10:36  
Şou-biznes Pərvin Abıyevanın dəbdəbəli ad günündə qaynar rəqs VİDEO

Aktrisa Pərvin Abıyeva özünə dəbdəbəli ad günü mərasimi keçirib. 

arrow Ətraflı
Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb like
  • 20 Okt 10:35  
Digərləri Dövlət Neft Fondunun 9 aylıq gəlir və xərcləri açıqlanıb

2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlə

arrow Ətraflı
Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək like
  • 20 Okt 10:32  
Dünya Türkmənistanda əhalinin siyahıya alınması keçiriləcək

Hazırda ölkə əhalisinin sayı 5 milyon 663 min nəfərdir

arrow Ətraflı
Universitetə silahlı hücum: like
  • 20 Okt 10:31  
Dünya Universitetə silahlı hücum:

ABŞ-ın Kolorado ştatındakı eyniadlı universitetin kampusunda silahlı hüc

arrow Ətraflı
Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub like
  • 20 Okt 10:30  
Digərləri Azərbaycanda müdafiə üçün ayrılan vəsaitin məbləği məlum olub

Azərbaycanda 2018-ci ildə dövlət büdcəsindən müdafiə üçün ayrılan v

arrow Ətraflı
Azərbaycan avtomobil idxalını 70% artırıb like
  • 20 Okt 10:29  
İqtisadiyyat Azərbaycan avtomobil idxalını 70% artırıb

Bu ilin ilk 9 ayında ölkəyə 5 783 ədəd minik avtomobili və digər motorlu

arrow Ətraflı
DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var like
  • 20 Okt 10:25  
Digərləri DİM-dən İRAD: Vakant dövlət qulluğu vəzifələrinin təqdim edilməməsi halları var

Dövlət qulluğuna qəbul üçün müsabiqədə təqdim etmək üçün vakant d

arrow Ətraflı
Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO) like
  • 20 Okt 10:22  
Digərləri Bakıda Fransız akkordeon ifaçısının eksklüziv konserti olacaq (FOTO)

Bakıda oktyabrın 25-də Fransız akkordeon ifaçısı Rişar Qalyanonun ekskl

arrow Ətraflı
Nəqliyyat deposu uçuldu: like
  • 20 Okt 10:20  
Dünya Nəqliyyat deposu uçuldu:

Hindistanın Tamilənd ştatında nəqliyyat deposunun uçulması nəticəsində

arrow Ətraflı
Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb like
  • 20 Okt 10:18  
İqtisadiyyat Azərbaycan ilk üç rübdə xam neft ixracından 5,9 mlrd. dollar qazanıb

Hesabat dövründə xam neft Azərbaycanın ümumi ixracının 72%-ni təşkil e

arrow Ətraflı
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb like
  • 20 Okt 10:14  
İqtisadiyyat Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu kəskin azalıb

İxrac 13,4% azalaraq 8,144 mlrd. dollar, idxal 0,4% artaraq 6,178 mlrd. dollar

arrow Ətraflı