“Azsığorta”nın səhmdarları növbədənkənar toplaşacaq


İqtisadiyyat 19 Okt 2017 14:34:02 267 0

“Azsığorta”nın səhmdarları növbədənkənar toplaşacaq

Yığıncağın gündəliyi açıqlanmayıb

Dekabrın 1-də “Azsığorta” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

“Report”a daxil olan məlumata görə, yığıncaq şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 99/1 ünvanında olacaq.

Yığıncağın gündəliyi açıqlanmayıb.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.