Avstraliya şirkətləri Balakən rayonundakı qızıl yatağına maraq göstərir


İqtisadiyyat 19 Okt 2017 13:11:20 368 0

Avstraliya şirkətləri Balakən rayonundakı qızıl yatağına maraq göstərir

Bakıda səfərdə olan Avstraliyanın mədən şirkətlərinin nümayəndələri və bu ölkədən olan biznesmenlər “AzerGold” QSC-də, qurumun rəhbərliyi ilə görüşüb

Bakıda səfərdə olan Avstraliyanın mədən şirkətlərinin nümayəndələri və bu ölkədən olan biznesmenlər “AzerGold” QSC-də, qurumun rəhbərliyi ilə görüşüb.

“Report” səhmdar cəmiyyətə istinadən xəbər verir ki, görüşdə tərəflər arasında potensial əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Avstraliya-Azərbaycan Dostluq Assosasiyasının prezidenti, Hammond Legal şirkətinin sahibi John Hammond, “Caravel Minerals” və “Forsys Metals” şirkətlərinin rəhbəri Marcel Hilmer, Avstraliya Maliyyə Qrupunun icraçı direktoru Brett McKeon, Azərbaycanın Avstraliyadakı fəxri konsulu Aydan Rzayeva, “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov, Cəmiyyətin digər rəhbər şəxsləri və aidiyyatı nümayəndələri iştirak ediblər.

Tərəflər qarşılıqlı əməkdaşlıq məsələlərini – bu ölkənin təcrübəsindən “AzerGold”un faydalanması imkanlarını ümumi müzakirə ediblər. Görüş zamanı qonaqlar resurs potensialına görə Avropada ikinci, dünyada ilk 10-a daxil olan Filizçay yatağına da böyük diqqət göstərib, Balakən rayonunda yerləşən yataqda aparılan işlərlə maraqlanıb.

Cəmiyyətlə Avstraliya şirkətləri arasında görüşlərin davam etdirilməsi, Azərbaycan təmsilçilərinin də Avstraliyaya səfər edərək bu ölkənin mədənçilik sahəsi ilə əyani tanış olması barədə ilkin razılıq əldə olunub.