Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub


İqtisadiyyat 19 Okt 2017 11:53:17 301 0

Gələn ilin büdcə zərfi Milli Məclisə daxil olub

Sənədlər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsindədir

Azərbaycanın 2018-ci il üçün dövlət büdcəsi və icmal büdcənin layihələri Milli Məclisə daxil olub.

"Report"un verdiyi xəbərə görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında Komitənin sədri Ziyad Səmədzadə bildirib.

Ümumilikdə, bu gün keçirilmiş iclasda 13 məsələ müzakirə olunub.