"Citibank": IV rübdə neft 60 dollar/bareli ötə bilər


İqtisadiyyat 18 Okt 2017 20:58:28 358 0

"Citibank": IV rübdə neft 60 dollar/bareli ötə bilər

2019-cu ildə neft 2018-dən ucuz olacaq

2017-ci ilin IV rübündə neftin qiyməti 60 dollar/bareli keçə bilər. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə "Citibank"ın analitiki Ed Mors (Ed Morse) Küveytdə keçirilən KOGS-2017 neft-qaz konfransında verib.

Ekspertin sözlərinə görə, OPEC tələb və təklifin nizamlanmasında inhisarçılığını itirib. Bu da OPEC-in qlobal neft bazarında qiymətlərin idarə edilməsinə nəzarət edə bilməməsinə səbəb olub. Morsun fikrincə, xarici investisiyalar olmadan İran, İraq və Əlcəzairin neft hasilatını ciddi şəkildə artırması mümkün olmayacaq. "Citibank" 2018-ci ildə amerikalı şist neft hasilatçılarının hedcinq əməliyyatlarını artıracaqlarını, yəni cari yüksək qiymətlərdən neft kontraktlarını sabitləşdirəcəklərini qeyd edib. Buna səbəb, ABŞ neft şirkətlərinin gələcəkdə qiymətlərin düşəcəyi ilə bağlı narahatlıqları olacaq.

Həmçinin "Citibank" 2019-cu ildə neftin 2018-ci ildəkindən ucuz olacağını proqnozlaşdırıb.