"PAŞA Bank" hazırda hansısa bankı almaqda maraqlı deyil


İqtisadiyyat 17 Okt 2017 12:42:06 360 0

"PAŞA Bank" hazırda hansısa bankı almaqda maraqlı deyil

"PAŞA Yatırım Bankası" yeni istiqraz emissiyaları həyata keçirmək niyyətindədir

 Hazırda "PAŞA Bank" ASC heç bir bankla birləşmək yaxud hansısa bankı almaqda maraqlı deyil. "Report" xəbər verir ki, bunu jurnalistlərə Bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.

T.Kazımov "PAŞA Yatırım Bankası"nın (Türkiyə) istiqrazlarının yerli maliyyə institutlarının aldığını deyib: "Sözsüz ki, bütün istiqrazları yerli maliyyə institutları alıb. Bu yerləşmədə fiziki şəxslər iştirak etməyiblər. Çünki valyutaya tələbat çox olub və tələbatı nəzərə alaraq yeni buraxılışlar etməyi düşünürük".