Bu il “Abşeronneft”də orta gündəlik neft hasilatı 91 ton artıb


İqtisadiyyat 16 Okt 2017 15:48:19 349 0

Bu il “Abşeronneft”də orta gündəlik neft hasilatı 91 ton artıb

Qaz hasilatı planı isə 6,4% çox yerinə yetirilib

Bu ilin yanvar-sentyabr ayları ərzində “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” NQÇİ-də orta gündəlik neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 91 ton artaraq 1 077 tona çatıb.

“Report” xəbər verir ki, İdarədə nəzərdə tutulan neft hasilatı üzrə tapşırıq 263 350 ton əvəzinə 293 913 ton, yəni 11,6% çox yerinə yetirilib, əlavə 30 563 ton artım olub.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatı 23 746, yəni 8,8% artıb. 2016-cı ilin 9 ayında neft hasilatı faktiki 270 167 ton təşkil edib.

Neft təhvili ürə tapşırıq 260 190 ton əvəzinə 289 736 ton, yəni 11,4% çox yerinə yetirilib və 29 546 ton əlavə neft təhvil verilib. Keçən illə müüqayisədə neft təhvili 23 647 ton, yəni 8,9% artıb. Orta gündəlik neft təhvili 2016-cı ildə 971 ton olub, bu il isə 90 ton artaraq 1 061 tona çatıb.

Qaz hasilatı planı 6,4% çox yerinə yetirilib. Belə ki, bu ilin 9 ayı üzrə plan 29,920 mln. kubmetr olub, hasilatın həcmi isə 31,841 mln. kubmetr təşkil edib. Beləliklə, plandan əlavə 1,921 mln. kubmetr qaz hasil edilib.

Qaz təhvili planı 9,3% çox yerinə yetilib. Hesabat dövründə 20,790 mln. kubmetr qaz təhvili üzrə plana qarşı təhvil 22,716 mln. kubmetr olub. Plandan əlavə 1,926 mln. kubmetr qaz təhvil verilib. Keçən illə müqayisədə qaz təhvili 1,037 mln. kubmetr artıb.