Polşa IMF-in 9 mlrd. dollarlıq kreditindən imtina edib


İqtisadiyyat 16 Okt 2017 13:27:54 371 0

Polşa IMF-in 9 mlrd. dollarlıq kreditindən imtina edib

Buna səbəb Polşa iqtisadiyyatının artıq stabilləşməsidir

Polşa hökuməti Beynəlxalq Valyuta Fondunun (IMF) 9,2 mlrd. dollarlıq kredit xəttindən imtina etmək niyyətindədir. Buna səbəb isə Polşa iqtisadiyyatının artıq stabilləşməsidir.

“Report” bu barədə "Vesti.ru"ya istinadən xəbər verir.

Polşanın maliyyə naziri Meteuş Moravetskinin "Twitter" hesabındakı şərhində qeyd olunub ki, ölkə iqtisadiyyatı artıq yaxşı vəziyyətdədir və IMF-in kredit xəttindən imtina edilir. Maliyyə nazirinin sözlərinə görə, bu qərar vergi məlumatları, maktoiqtisadi parametrlər, büdcə stabilliyi və valyuta ehtiyatlarının analizi nəticəsində qəbul olunub.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Polşanın dövlət büdcəsində rekord profisit - 4,9 mlrd. zlota (1,36 mlrd. dollar) qeydə alınıb. Həmçinin, iqtisadi artım 4%-ə yaxınlaşıb.