Bu il Azərbaycanda 1,960 mlrd. manatlıq neft məhsulları istehsal edilib


İqtisadiyyat 14 Okt 2017 14:53:00 279 0

Bu il Azərbaycanda 1,960 mlrd. manatlıq neft məhsulları istehsal edilib

Hesabat dövründə 874,2 min ton avtomobil benzini istehsal edilib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1960,2 mln. manat təşkil edib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 9,8% azalıb.

Hesabat dövründə 874,2 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 5,1% çoxdur. Oktyabrın əvvəlinə ölkədə 29,5 min ton avtomobil benzini ehtiyatı olub.

Bu ilin 9 ayı ərzində neft məhsullarından 24,3 min ton sürtkü yağları, 158,7 min ton neft bitumu, 152,4 min ton neft koksu istehsal olunub. Sürtkü yağlarının istehsalı 3,2 dəfə, neft bitumunun istehsalı 14,6%, neft koksunun istehsalı 9,3% artıb.

Hesabat dövründə neft-kimya sənayesində istifadə üçün 130,7 min ton benzin, 445,4 min ton ağ neft, 1,362 mln. ton dizel yanacağı, 258,1 min ton yanacaq mazutu istehsal edilib.

Neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 0,6%, ağ neftin istehsalı 6%, dizel yanacağının istehsalı 20,9%, yanacaq mazutunun istehsalı 40,7% azalıb.