“AtaBank” “Baku Shopping Festival” ilə əlaqədar həftənin bütün günlərində işləyəcək


İqtisadiyyat 13 Okt 2017 16:24:07 317 0

“AtaBank” “Baku Shopping Festival” ilə əlaqədar həftənin bütün günlərində işləyəcək

Bankın 2 filialı və 1 şöbəsi gücləndirilmiş iş rejiminə keçir

“Atabank” ASC-nin 2 filialı və 1 şöbəsi Bakıda ikinci dəfə keçiriləcək “Baku Shopping Festival” ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçir.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, “Atabank”ın Şəmsi Bədəlbəyli küçəsi, 102 ünvanındakı “Mərkəz” filialı, Neftçilər prospekti, 67 ünvanındakı “Bakı” filialı və Puşkin küçəsi, 9 ünvanındakı “Sahil” şöbəsi oktyabrın 15-dən noyabrın 15-nə qədər, şənbə-bazar günləri də daxil olmaqla, saat 09:00-dan saat 18:00-a qədər, fasiləsiz fəaliyyət göstərəcək.

Məqsəd festival zamanı həm yerli müştərilərə, həm də paytaxtın qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərməkdir.