Bakı-Qars dəmir yolu layihəsi üçün "Stadler Group"a 30 sərnişin qatarı sifariş verilib


İqtisadiyyat 13 Okt 2017 12:57:03 325 0

Bakı-Qars dəmir yolu layihəsi üçün "Stadler Group"a 30 sərnişin qatarı sifariş verilib

Bakı-Tbilisi-Qars dəmir yolunun yük qatarları üçün rəsmi açılışı oktyabrın 30-da olacaq

Oktyabrın 30-da Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçılarının iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin yük qatarları üçün rəsmi açılışı olacaq. 

"Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu xəttində sərnişin daşımaları gələn ildən etibarən fəaliyyətə başlayacaq. O, əlavə edib ki, bu məqsədlə İsveçrənin "Stadler Group" şirkətinə 30 ədəd sərnişin qatarı sifariş verilib.