Qubada 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi yekunlaşır - VİDEO


İqtisadiyyat 13 Okt 2017 10:22:12 157 0

Qubada 5 istiqamətdə 36,4 kilometrlik yolun tikintisi yekunlaşır - VİDEO

Bu yol 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişini xeyli rahatlaşdıracaq, yük və sərnişin daşımasını asanlaşdıracaq

 Quba rayonunun Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının tikintisi işlər yekulaşmaq üzrədir.

"Report" "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, artıq sözügedən yollar boyu son tamamlanma işləri görülür.

Rustov kəndindən 5 istiqamətdə 36.4 kilometrlik yolların tikintisi aparılaraq yekunlaşdırılır. Bura 16 km-lik Rustov-Xanəgah-Gürdəh, 6.5 km-lik Rustov-Nöydün-Şuduq, 5.3 km-lik Rustov-Bağçalı-Yekdar, 3.1 km-lik Rustov-Hacıağalar-Qamqam, 3 km-lik Rustov-Məckəxacə yolları və 2.5 km uzunluğa malik kənd daxili yollar daxildir.

Adı çəkilən bütün yolların əksəriyyəti torpaq və qismən çınqıl örtüklü olub, eni isə cəmi 4-5 metrarası dəyişib. Bəzi hissələrdə isə ümumiyyətlə yol olmayıb. Bu səbəbdən bir-neçə kilmetrlik hissədə dağların və meşələrin arası ilə yeni yollar salınıb.

Layihə çərçivəsində 2 hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. Aparılan işlər zamanı yolun yatağının eni genişləndirilərək 10 metrə çatdırılıb, yeni yol əsası inşa edilib. Bununla da yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə isə çiyinlərin eni 2 metr təşkil edir.

Aparılan tikinti işləri çərçivəsində yollar boyu 6 avtomobil körpüsü də inşa edilib. Belə ki, Rustov kəndində 9 və 18 metr uzunluğunda 2 körpü, Rustov-Gürdəh yolunda 18 metr uzunluğunda 1 körpü, Aşağı və Yuxarı Xanəgah kəndlərində 9 metr uzunluğunda 2 körpü, Baxçalı yolunda isə 5 metr uzunluğunda 1 körpü inşa edilib.

Hər bir körpünün ümumi eni 9 metr, hərəkət hissəsinin eni 7 metrdir. Vətəndaşların rahat və təhlükəsiz hərəkəti üçün körpülərdə hər iki istiqamət üzrə 1 metr enində piyada səkiləri də qurulub. Bundan başqa hər 5 istiqamət üzrə yolların altından suların ötürülməsi üçün 36 ədəd 300 mm, 78 ədəd 500 mm və 12 ədəd 1000 mm diametrlik su ötürücü boruların tikintisi də aparılıb.

Yollar boyu 2 qat olmaqla 200 min m2 sahənin asfaltlanması işləri aparılaraq yekunlaşdırılıb. Yaxın günlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanması xətləri çəkiləcək.

Sözügedən avtomobil yollarının salınması ilə 12 yaşayış məntəqəsinin 6 mindən artıq əhalisinin Quba şəhərinə gediş-gəlişi xeyli rahatlaşır, yük və sərnişin daşıması asanlaşır. Bundan başqa yeni yolların tikintisi bölgənin turizm potensialının artmasına, kənd təsərrüfatının inkişafına və insanların həyat şəraitinin yaxşılaşmasına gətirib çıxaracaq.

Arvadını və baldızını öldürən musiqiçinin dili tutuldu  FOTO like
  • 13 Okt 10:18  
Digərləri Arvadını və baldızını öldürən musiqiçinin dili tutuldu FOTO

Arvadını və baldızını öldürən musiqiçi həbs olundu

arrow Ətraflı
"Araz" üçüncü qələbəyə doğru like
  • 13 Okt 10:18  
Digərləri "Araz" üçüncü qələbəyə doğru

“Araz” Malta çempionu “St Andreus”la qarşılaşıb və 6:4 hesabı il

arrow Ətraflı
Manatın MƏZƏNNƏSİ like
  • 13 Okt 10:14  
Digərləri Manatın MƏZƏNNƏSİ

Mərkəzi Bankdan Son.az-a verilən məlumata görə, oktyabrın 12-ə olan rə

arrow Ətraflı
Fiqunun yeni iş yeri müəyyənləşdi like
  • 13 Okt 10:09  
İdman Fiqunun yeni iş yeri müəyyənləşdi

Portuqaliyanın əfsanəvi futbolçusu Luiş Fiqu UEFA-da ç

arrow Ətraflı
Bu bankın əmlakı satış çıxarılıb - SİYAHI like
  • 13 Okt 10:08  
Digərləri Bu bankın əmlakı satış çıxarılıb - SİYAHI

“Azərbaycan Kredit Bankı” ASC-nin mülkiyyətində olan əmlakların razı

arrow Ətraflı
Misir OPEC+ anlaşmasına qatılmayacaq like
  • 13 Okt 10:07  
İqtisadiyyat Misir OPEC+ anlaşmasına qatılmayacaq

Misir demək olar ki, neft ixrac etmir

arrow Ətraflı
Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək like
  • 13 Okt 10:05  
Sosial Proqnozlar Bürosu: Növbəti iki gündə havanın temperaturu tədricən yüksələcək

Gülşad Məmmədova: “Sabah yağmursuz hava şəraiti müşahidə olunacaq”

arrow Ətraflı
Cəbhədən like
  • 13 Okt 10:03  
Digərləri Cəbhədən

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqam

arrow Ətraflı
Bir gündə iki nəfər üçün "Maşın əldən getdi"  VİDEO  FOTO like
  • 13 Okt 09:57  
Şou-biznes Bir gündə iki nəfər üçün "Maşın əldən getdi" VİDEO FOTO

ATV telekanalında "Xanımlar və cənablar" adı ilə yayımlanan &qu

arrow Ətraflı
22 yaşlı oğlanın adını Marsda əbədiləşdirəcəklər  FOTO like
  • 13 Okt 09:55  
Digərləri 22 yaşlı oğlanın adını Marsda əbədiləşdirəcəklər FOTO

7 ildən çoxdur NASA-ya könüllü olaraq köməklik göstərən 22 yaşlı Də

arrow Ətraflı
İraqda uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib like
  • 13 Okt 09:52  
Siyasət İraqda uşaq evində saxlanılan azərbaycanlı azyaşlı Bakıya gətirilib

Hazırda onun qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə ye

arrow Ətraflı