“PAŞA Sığorta” “Technol” mühərrik yağlarını sığortalayıb


İqtisadiyyat 12 Okt 2017 17:28:13 402 0

“PAŞA Sığorta” “Technol” mühərrik yağlarını sığortalayıb

Bu, Azərbaycanın sığorta bazarında ilkdir

“Technoil” MMC və “PAŞA Sığorta” ASC arasında bağlanmış məsuliyyət sığortası müqaviləsinə əsasən, Azərbaycanda ilk dəfə olaraq mühərrik və sürtkü yağları sığortalanıb.

Bu barədə “Report”a “Technoil” şirkətindən bildirilib.

Müqaviləyə əsasən, “Technol” mühərrik və sürtkü yağlarının istifadə olunduğu avtomobil mühərrikləri və digər texniki vasitələrdə məhsuldan hər hansı problem yaranarsa, dəymiş zərəri sığorta şirkəti qarşılayacaq. Bununla həm də, ilk dəfə olaraq Azərbaycanda mühərrik yağları istehsalçısı öz müştərilərinə sığortalanmış məhsul təqdim etmiş olacaq.

İstehlakçılar sığorta predmeti olan məsələlərlə bağlı (012) 404 04 44 nömrəsi ilə əlaqə saxlaya bilərlər.