Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır


İqtisadiyyat 12 Okt 2017 16:12:34 333 0

Qazaxıstan neftinin BTC ilə nəqli üçün danışıqlar aparılır

Türkmənistan neftinin BTC ilə nəqli gələn il sabit qalacaq

Azərbaycan Dövlət Neft Şirkəti Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə nəqli üçün danışıqları davam etdirir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin rəisi Ədnan Əhmədzadə bildirib. 

O qeyd edib ki, "SOCAR Trading" 2018-ci ildə Türkmənistan neftinin BTC ilə nəqli üçün saziş imzalayıb: "Gələn il builki kimi 3-4 mln. ton neft ixracı nəzərdə tutulur. Müqavilə iki il müddətinə - bu il və gələn il üçün imzalanıb".